Yuxarı
    Bağlamaq

    Bakıda "Azərbaycanda Mobillik naminə Tərəfdaşlığa" həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

    Konfrans iştirakçıları Mobillik naminə Tərəfdaşlıqların gələcəyini müzakirə edəcəklər

    Bakı. 21 iyun. REPORT.AZ/ Bakıda Avropa Komissiyası, Azərbaycan Xarici İşlər Nazirliyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz tərəfindən təşkil olunan "Azərbaycanda Mobillik naminə Tərəfdaşlığa" həsr olunmuş birgünlük beynəlxalq konfrans təşkil olunacaq.

    Avropa İttifaqının Azərbaycandakı ofisindən "Report"a verilən məlumata görə, tədbirdə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard və Azərbaycan XİN rəhbərinin müavini Mahmud Məmmədquliyevin iştirakı gözlənilir.

    Konfransda Aİ-nin Azərbaycandakı nümayəndəliyi, Aİ-yə üzv dövlətlər, Azərbaycan, Gürcüstan, Moldovanın yüksək səviyyəli rəsmiləri və ICMPD Mobillik naminə Tərəfdaşlıqların gələcəyini müzakirə edəcək, onların icrasında öyrənilmiş dəsrləri və müxtəlif ölkələrdə bu mexanizmin icrasını/təsirini, bu tipli layihələrin icrasında praktiki nümunələrlə bölüşəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi