Bakıda Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr keçirilib - YENİLƏNİB

Bakıda Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr keçirilib - YENİLƏNİB Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında fəaliyyət proqramına uyğun olaraq Bakıda xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib.
Xarici siyasət
27 İyul , 2018 12:49
Bakıda Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr keçirilib - YENİLƏNİB
Report/Elçin Murad
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında fəaliyyət proqramına uyğun olaraq Bakıda xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya tərəfindən XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik edib.

Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olunub.

Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparılıb. Bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb. 


*** 10:35

Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilir.

"Report" xəbər verir ki, məsləhətləşmələrdə iştirak edən Rusiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Azərbaycan nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rəhbərlik edir.

Tərəflər xarici siyasətin informasiya təminatı məsələlərinə dair müzakirələr aparırlar. 

Son xəbərlər

Orphus sistemi