Bakıda Azərbaycan və Qətər XİN başçılarının görüşü keçirilir

Bakıda Azərbaycan və Qətər XİN başçılarının görüşü keçirilir Görüşdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri və mühüm regional məsələlər müzakirə edilir
Xarici siyasət
31 Yanvar , 2017 11:32
Bakıda Azərbaycan və Qətər XİN başçılarının görüşü keçirilir

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Bakıda rəsmi səfərdə olan Qətərin XİN başçısı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni arasında təkbətək görüş keçirilir.

"Report" xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri, eləcə də mühüm regional məsələlər müzakirə edilir.

Ardından görüş geniş tərkibdə davam etdiriləcək.

Görüşün yekununda nazirlər mətbuat nümayəndələri qarşısında çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi