Bakıda Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü keçirilir

Bakıda Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü keçirilir Nazirlər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edəcəklər
Xarici siyasət
13 Fevral , 2017 11:55
Bakıda Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü keçirilir

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Azərbaycanda səfərdə olan Gürcüstanın XİN başçısı Mixeil Canelidzenin görüşü keçirilir.

"Report" xəbər verir ki, nazirlər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, enerji layihələrini, regional və qlobal gündəlikdə olan məsələləri müzakirə edəcəklər.

Daha sonra görüş geniş tərkibdə davam etdiriləcək.

Ardından nazirlər mətbuat nümayəndələri üçün açıqlamalar verəcəklər.

Son xəbərlər

Orphus sistemi