Azərbaycan XİN başçısı Estoniyaya səfərə dəvət olunub - YENİLƏNİB

Azərbaycan XİN başçısı Estoniyaya səfərə dəvət olunub - YENİLƏNİB Tərəflər Azərbaycan-Estoniya münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər
Xarici siyasət
12 İyun , 2017 15:09
Azərbaycan XİN başçısı Estoniyaya səfərə dəvət olunub - YENİLƏNİB
Mfa.gov.az

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Estoniyaya səfər etmək dəvəti alıb.

"Report" xəbər verir ki, bu barədə nazirin özü estoniyalı həmkarı Sven Mikser ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O, tərəflərin görüşdə bir sıra ikitərəfli məsələləri müzakirə etdiklərini, bəzi aktual məsələlər üzrə fikir mübadiləsi apardıqlarını vurğulayıb.

"Azərbaycan və Estoniya arasında intensiv dialoq mövcuddur. Təqribən 10 Estoniya şirkəti Azərbaycan iqtisadiyyatında fəal iştirak edir. Onlar əsasən tikinti, İT sahəsində təmsil olunur", - E.Məmmədyarov deyib.

Görüşdə estoniyalı nazirə Ermənistan-Azərbaycan münaqişəsi və hələ də Ermənistan tərəfindən həyata keçirilməyən BMT-nin qətnamələri barədə məlumat verilib.

E.Məmmədyarov həmçinin Tallinə dəvətə görə həmkarına təşəkkür edib.


*** 12:54

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun estoniyalı həmkarı Sven Mikser arasında görüş keçirilir.

"Report" xəbər verir ki, təkbətək və geniş tərkibdə görüşlər zamanı tərəflər Azərbaycan-Estoniya münasibətlərinin inkişaf perspektivlərini, aktual regional məsələləri, Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələlərini, o cümlədən Şərq Tərəfdaşlığı sammitini müzakirə edəcək.

Xatırladaq ki, S.Mikser Azərbaycana rəsmi səfərə bu gün gəlib.

İyunun 13-də S.Mikser Ermənistana səfərə yollanacaq.

Son xəbərlər

Orphus sistemi