Bakıda Azərbaycan və Cibutinin XİN rəhbərləri arasında görüş başlayıb

Bakıda Azərbaycan və Cibutinin XİN rəhbərləri arasında görüş başlayıb Nazirlər iki ölkə arasındakı əlaqələrin vəzyyətini, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər
Xarici siyasət
24 Fevral , 2017 12:59
Bakıda Azərbaycan və Cibutinin XİN rəhbərləri arasında görüş başlayıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf arasında görüş keçirilir.

“Report” xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasındakı əlaqələrin vəzyyətini, iqtisadi əməkdaşlıq, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Ardından görüş geniş tərkibdə davam etdiriləcək.

Daha sonra xarici işlər nazirləri mətbuat üçün açıqlamalar verəcəklər.

Son xəbərlər

Orphus sistemi