Yuxarı

Bakıda Azərbaycan, Rusiya və İran XİN başçılarının görüşü başlayıb

Görüşdə tərəflər ölkələr arasında əməkdaşlıq məsələlərini, aktual beynəlxalq və regional məsələləri müzakirə edəcək

Bakı. 7 aprel. REPORT.AZ/ Bakıda Azərbaycan, Rusiya və İran XİN başçılarının üştərəfli görüşü başlayıb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycanı Elmar Məmmədyarov, Rusiyanı Sergey Lavrov, İranı isə Məhəmməd Cavad Zərif təmsil edir.

Görüşdə tərəflər ölkələr arasında əməkdaşlıq məsələlərini, aktual beynəlxalq və regional məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zonasında gərginləşən vəziyyəti müzakirə edəcək.

Qeyd edək ki, rəsmi görüşdən öncə nazirlər işgüzar səhər yeməyi çərçivəsində müzakirələr aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi