Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

    Bununla əlaqədar Rusiya hökuməti sədrinin müavini Dmitriy Roqozin Bakıya səfər edəcək

    Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda dekabrın 16-da Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək.

    Bu barədə "Report"a diplomatik mənbələrdən bildiriblər.

    Bununla əlaqədar Rusiya hökuməti sədrinin müavini, hökumətlərarası komissiyanın Rusiya tərəfindən olan həmsədri Dmitriy Roqozin Bakıya səfər edəcək.

    İclasda iki dövlət arasında əlaqələrin hər bir sahədə inkişaf etdirilməsi, yeni sazişlərin imzalanması və digər bu kimi məsələlər müzakirə olunacaq.

    Qeyd edək ki, Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın həmsədri Yaqub Eyyubovdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi