Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək Görüşün may ayında keçirilməsi planlaşdırılır
Xarici siyasət
14 Aprel , 2017 10:48
Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası Bakıda keçiriləcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, hökumətlərarası komissiyasının iclası çox güman mayın ortalarında Bakıda keçiriləcək.

Qeyd edək ki, hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycan və Qazaxıstanın energetika nazirləri Natiq Əliyev ilə Kanat Bozumbayevdir.

Son xəbərlər

Orphus sistemi