Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan-Latviya hökumətlərarası komissiyasının iclası keçiriləcək

    Bununla əlaqədar Latviyanın nəqliyyat naziri Uldis Auqulis Azərbaycana gələcək© Report.az

    Bakı. 19 iyun. REPORT.AZ/ İyunun 20-də Bakıda iqtisadiyyat, elm, texnika və mədəniyyət məsələləri üzrə Azərbaycan-Latviya hökumətlərarası komissiyasının 7-ci iclası keçiriləcək.

    Latviyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bununla əlaqədar hökumətlərarası komissiyanın həmsədri, Latviyanın nəqliyyat naziri Uldis Auqulis Azərbaycana səfər edəcək.

    Qeyd edək ki, Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın həmsədri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi