Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə XİN başçılarının ilk görüşü başlayıb - YENİLƏNİB

Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə XİN başçılarının ilk görüşü başlayıb - YENİLƏNİB Görüşdə bölgədə sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi müzakirə olunacaq
Xarici siyasət
15 Mart , 2018 13:02
Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə XİN başçılarının ilk görüşü başlayıb - YENİLƏNİB
Report/ Elchin Murad

Bakı. 15 mart. REPORT.AZ/ Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiynin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü başlayıb.

"Report"un məlumatına görə, görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunur. 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın vacibliyini, təhlükəsizliyin gücləndirilməsini, separatçılığa qarşı mübarizənin vacibliyini qeyd edib.

M.Canelidze görüşün formatını nəzərə alaraq onu tarixi görüş adlandırıb: “İnanırıq ki, bu format əməkdaşlığımızı genişləndirməyə imkan verəcək”, - o əlavə edib.

İran XİN başçısı Məhəmməd Cavad Zərif bugünkü görüşü bir çox sahələrdə, həmçinin energetika, nəqliyyat, turizm sektorlarında yeni əməkdaşlığa başlamaq və regionda sülhün qorunması üçün yaxşı fürsət olduğunu deyib.

Qeyd edək ki, 2017-ci il sentyabrın 6-da Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, dekabrın 20-də isə Azərbaycan - İran – Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.


*** 08:35

Bu gün Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək.

“Report” xəbər verir ki, görüşdə bölgədə sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyat, nəqliyyat, energetika, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf məsələləri müzakirə olunacaq.

Nazirlərin dördtərəfli formatla görüşü ilk dəfə keçiriləcək. Onun təşəbbüskarı Azərbaycan tərəfidir.

Son xəbərlər

Orphus sistemi