Bakıda Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammiti keçirilir - FOTO - YENİLƏNİB

Bakıda Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammiti keçirilir - FOTO - YENİLƏNİB Tədbirin rəsmi hissəsi Azərbaycan barədə təqdimatla başlayıb
Xarici siyasət
286
9 İyun , 2018 11:51
Bakıda Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammiti keçirilir - FOTO - YENİLƏNİB
Report/Firi Salim

Bakı. 9 iyun. REPORT.AZ/ Bakıda Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammiti keçirilir.

“Report” xəbər verir ki, “Ortaq gələcəyin qurulması” mövzusunda baş tutan sammitdə Avropanın müxtəlif ölkələrindən rəsmi şəxslər, deputatlar, ictimai-siyasi xadimlər, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Tədbirin rəsmi hissəsi Azərbaycan barədə təqdimatla başlayıb.

Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin sammitinin iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək bu tərdbirin Bakıda keçirilməsini yüksək qiymətləndirib. O, dünyanın qarşılaşdığı problemlərin həll edilməsinin vacibliyini vurğulayıb, bu prosesdə parlamentlərarası əlaqələrin mühüm rol oynadığını bildirib.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansına üzv olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəblərindən, ağır nəticələrindən, habelə bu gün dünyada bir sıra terror qruplaşmalarının İslam dini adından törətdikləri cinayətlərdən danışıb.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil çıxışında sammitin iştirakçılarına ünvanladığı təbrik məktubuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

O, Alyansın Bakı sammitinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə eyni vaxta düşməsini yüksək qiymətləndirib və vurğulayıb ki, Azərbaycan çox vacib və unikal ölkədir: “Burada sabitlik hökm sürür. Bu isə əməkdaşlıqda mühüm amildir. Azərbaycan əldə etdiyi uğurlara, mühüm roluna görə dünyada öz layiqli yerini tutur”.

Sonra birgə foto çəkdirilib.

Sammit panel iclaslarla işini davam etdirir.


*** 09:10

Bakıda Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammiti keçirilir.

"Report" xəbər verir ki, tədbirdə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Alyansın üzvü Qüdrət Həsənquliyev, və digər rəsmilər iştirak edirlər.

Sammitdə dövlət başçısı İlham Əliyevin məktubunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyacaq.

Panellərdə enerji təhlükəsizliyi, iqtisadi azadlıq, rəqəmsal iqtisadiyyat, təhsil transformasiyası, nəqliyyat və s. mövzular ətrafında debatlar keçiriləcək.

Son xəbərlər

Orphus sistemi