Yuxarı

Bakıda Avropa Şurasının yüksək səviyyəli beynəlxalq konfransı keçiriləcək

Tədbir Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində təşkil ediləcək

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində noyabrın 7-8-də Bakıda Avropa Şurasının (AŞ) Qonşu regionlar üzrə siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək. XİN-dən "Report"a verilən məlumata görə, konfransın keçirilməsində məqsəd Avropa Şurasının Qonşu regionlar üzrə siyasəti çərçivəsində əldə edilmiş nailiyyətləri nəzərdən keçirmək və bu siyasətin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdan ibarətdir.

"Avropa və Asiyanın kəsişməsində yerləşən və Avropa Şurasının Qonşu regionlar siyasətində iştirak edən dövlətlərlə möhkəm ikitərəfli əlaqələrə malik olan Azərbaycan təsis olunmasından etibarən Avropa Şurasının Qonşu regionlar siyasətini yaxından dəstələyir" - deyə, XİN-in məlumatında bildirilib.

Konfransda Avropa Şurası, üzv dövlətlər və Avropa Şurasının Qonşu regionlar üzrə siyasəti proqramında iştirak edən dövlətlərin yüksək səviyyəli nümayəndələri təmsil olunacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi