Qriqori Karasin: "Bakıda Avropa Liqasının finalında təhlükəsizliyin ən yüksək səviyyədə təmin ediləcəyindən əminik"

Qriqori Karasin: "Bakıda Avropa Liqasının finalında təhlükəsizliyin ən yüksək səviyyədə təmin ediləcəyindən əminik" Azərbaycan həm idman, həm də mədəniyyət xarakterli genişmiqyaslı tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir.
Xarici siyasət
29 May , 2019 12:32
Qriqori Karasin: Bakıda Avropa Liqasının finalında təhlükəsizliyin ən yüksək səviyyədə təmin ediləcəyindən əminik

"Azərbaycan həm idman, həm də mədəniyyət xarakterli genişmiqyaslı tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir".

Bunu "Report"un Rusiya bürosuna Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçı barədə danışarkən deyib.

"Azarkeşlərin və oyunçuların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacağından əminik. Özüm futbol azarkeşiyəm. Ümumilikdə, MOİK-ə azarkeşlik edirəm. Final oyununa isə əyləncə üçün baxacağam. Sonda təşkilatçılara arzu edərdim ki, gələcəkdə Avropa Liqası finalında komandalarından biri Bakı təmsilçisi olsun", - Q.Karasin bildirib.

Qeyd edək ki, bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda baş tutacaq həlledici qarşılaşmada iki London təmsilçisi - "Arsenal" və "Çelsi" qarşı-qarşıya gələcək.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi