Bakıda Avronest PA çərçivəsində erməni nümayəndə heyətinin iştirakı ilə konfrans başlayıb

Bakıda Avronest PA çərçivəsində erməni nümayəndə heyətinin iştirakı ilə konfrans başlayıb Ermənistanı 3 nəfərdən ibarət nümayəndə heyəti təmsil edir
Xarici siyasət
22 Sentyabr , 2017 10:43
Bakıda Avronest PA çərçivəsində erməni nümayəndə heyətinin iştirakı ilə konfrans başlayıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakıda, Milli Məclisin binasında Azərbaycan parlamentinin, Avronest Parlament Assambleyasının (Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) və BMT-nin Azərbaycan Nümayəndələyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans keçirilir.

“Report”un xəbərinə görə, tədbirdə Avronest-ə üzv dövlətlərin, o cümlədən Ermənistanın nümayəndə heyəti iştirak edir. 

Ermənistanı bu ölkənin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan, onun köməkçisi köməkçisi Aram Barseqyan və heyətin digər üzvü Mane Tandilyan təmsil edir.

Son xəbərlər

Orphus sistemi