Bakı və Mexiko dövlət şəhərsalma orqanları arasında əməkdaşlığı nəzərdən keçirir

Bakı və Mexiko dövlət şəhərsalma orqanları arasında əməkdaşlığı nəzərdən keçirir Tərəflər müvafiq ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsinə dair istəklərini ifadə ediblər
Xarici siyasət
8 Fevral , 2017 18:00
Bakı və Mexiko dövlət şəhərsalma orqanları arasında əməkdaşlığı nəzərdən keçirir

Bakı. 8 fevral. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov ilə görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, komitə sədri rəhbərlik etdiyi müəssisə, onun yaranma tarixi və funksiyaları barədə diplomata məlumat verib. O, son 10 il ərzində ölkədə həyata keçirilmiş yenidənqurma və abadlıq işlərindən danışıb.

Səfir, öz növbəsində, hazırda əhalisi 21 milyon olan ölkəsinin paytaxtı Mexiko şəhəri barədə məlumat verib. O, həmçinin, Meksikada şəhərsalmanın özəllikləri və son dövrlərini diqqətə çatdırıb. Diplomat şəhərsalma və memarlıqda məsul olan hər iki ölkənin orqanları arasında əməkdaşlığın nəticəsi kimi mümkün qarşılıqlı töhfəni söyləyiblər.

Tərəflər müvafiq ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsinə dair istəklərini ifadə etdilər.

Son xəbərlər

Orphus sistemi