​Bakı sakinləri Fransa səfirliyinin qarşısına gül dəstələri qoyublar - FOTOSESSİYA

​Bakı sakinləri Fransa səfirliyinin qarşısına gül dəstələri qoyublar - FOTOSESSİYA Gün ərzində insanlar səfirliyin qarşısına gələrək Parisdə baş vermiş terror aktının qurbanlarının xatirəsini yad edib
Xarici siyasət
9 Yanvar , 2015 19:19
​Bakı sakinləri Fransa səfirliyinin qarşısına gül dəstələri qoyublar - FOTOSESSİYA

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakı sakinləri Parisdə "Charlie Hebdo" həftəlik satirik jurnalına hücum nəticəsində həlak olmuş insanların xatirəsini yad etmək və başsağlığı vermək üçün Fransanın Azərbaycandakı səfirliyinin qarşısına gül dəstələri gətiriblər.

"Report"un verdiyi xəbərə görə, gün ərzində insanlar Fransanın Azərbaycandakı səfirliyinin qarşısına gələrək gül dəstələri qoyublar.

Bu gün saat 9-dan 18-dək səfirlikdə qoyulmuş başsağlığı kitabında hər kəsə ürək sözlərini yazmaq üçün imkan yaradılmışdı.

Xatırladaq ki, Fransa prezidenti Fransua Olland "Charlie Hebdo" satirik jurnalının redaksiyasında baş verən terror aktı nəticəsində ölənlərin xatirəsinə üçgünlük matəm elan edib.

Jurnalın redaksiyasına hücum nəticəsində 12 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Dünən, yanvarın 8-də matəmlə əlaqədar olaraq Fransanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib və qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Son xəbərlər

Orphus sistemi