Bakı dünyanın 50 ən təhlükəsiz şəhəri sırasındadır

Bakı dünyanın 50 ən təhlükəsiz şəhəri sırasındadır Bakı dünyanın 2019-cu ildə ən təhlükəsiz şəhərləri reytinqinin top 50-də yer alıb.
Xarici siyasət
244
29 Avqust , 2019 13:12

Bakı dünyanın 2019-cu ildə ən təhlükəsiz şəhərləri reytinqinin top 50-də yer alıb.

“Report” xəbər verir ki, “The Economist İntelligence Unit” (EİU) analitik mərkəzi ilə “The Economist” dərgisi tərəfindən tərtib edilən illik hesabatdakı reytinqə görə paytaxt maksimum 100 xaldan 56,4 xal toplayaraq 49-cu yeri tutub.

Reytinqdə qeydə alınan 60 şəhər rəqəmli təhlükəsizlik, səhiyyə xidmətləri, infrastruktur, fərdi təhlükəsizlik daxil olmaqla 57 müxtəlif göstərici əsasında dəyərləndirilib.

Belə ki, Kopenhagen, Dubay, Laqos şəhərləri ilə yanaşı, reytinqə ilk dəfədir qiymətləndirilən Bakı rəqəmli təhlükəsizliklə bağlı siyahıda 51,7 xalla 46-cı yerdə, səhiyyə təhlükəsizliyi ilə bağlı siyahıda 64 xalla 41-ci yerdə, fərdi təhlükəsizlik baxımından 63,7 xalla 49-cu yerdə, infrastruktur təhlükəsizliyi üzrə isə 46,3 xalla 54-cü yerdə qərarlaşıb.

Reytinqdə birinci yeri Tokio tutub. Sonrakı yerlərdə ardıcıllıqla Sinqapur, Osaka, Amsterdam, Sidney, Toronto, Vaşinqton, Kopenhagen, Seul, Melburn qərarlaşıb.

Araşdırma müəlliflərinə görə, hazırda bəşəriyyətin 56 faizi şəhərlərdə yaşayırsa, 2050-ci ildə bu rəqəm 68 faizə çatacaq.

Son xəbərlər

Orphus sistemi