Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik
DSX aparatında Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Gürcüstan Sərhəd Polisi arasında ikitərəfli münasibətlərin vəziyyəti müzakirə olunub, qarşılıqlı faydalı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsi bildirilib.
Müzakirələr zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraitinin vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, dövlət sərhədində beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə sahəsində qarşılıqlı məlumat mübadiləsinin təkmilləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Bu ilin iyun ayında Azərbaycanda I Avropa Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan-Gürcüstan dövlət sərhədində sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqənin daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.