Yuxarı

Bakıda MDB PAA-nın mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi Komissiyasının iclası keçirilir

MDB ölkələrindən olan deputatlar və ekspertlər bir sıra qanun layihələrini müzakirə edəcəklər

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakıda MDB Parlamentlərarası Assambleyanın (PAA) mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi Komissiyasının iclası keçirilir. "Report" MDB PAA mətbuat xidmətinə istinadən xəbər verir ki, deputatlar və ekspertlər "Elektron hökumət", "Elektron sənədlərin sərhədlərarası informasiya mübadiləsi", "Xüsusi rabitə göndərişlərinin dövlətlərarası mübadiləsi haqqında", "Könüllülük haqqında", "Vicdan, din və dini təşkilatların azadlıqları haqqında" və s. model qanunların layihələrini müzakirə edəcəklər. 

İclas iştirakçıları Müstəqil Dövlətlər Birliyinin 2011-2015-ci illər üçün qanunvericilik planına əlavələr haqqında, MDB PAA-nın iş planına təkliflər haqqında informasiyanı dinləyəcəklər.

Komissiyanın iclasında sədr və sədr müavinləri seçiləcək. İclas işini oktyabr ayının 11-də tamamlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi