Konfransda Venesiya Komissiyasını vitse-prezident Xerdis Torqeyrsdottir (Herdis Thorgeirsdottir) təmsil edəcək.
Bakıda insan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tətbiqi üzrə beynəlxalq konfrans keçiriləcək
Xarici siyasət
21 Oktyabr , 2014
15:10
https://static.report.az/photo/ed2de854-7295-4d99-a083-6ab0dcd0f1be.jpg
Bakı. 21 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 23-24-də Bakıda "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının milli səviyyədə tətbiqi və milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfransı keçiriləcək. "Report"un Avropa Şurasının (AŞ) Venesiya Komissiyasına istinadən verdiyi xəbərə görə, konfransda AŞ-a üzv ölkələrin ədliyyə nazirliklərinin nümayəndələri və hakimləri iştirak edəcəklər. Tədbir iştirakçıları insan hüquqları və əsas azadlıqlar sahəsində Konvensiyanın öz ölkələrində tətbiq olunması məsələlərini müzakirə edəcəklər, həmin məsələ üzrə təcrübələrini paylaşacaqlar.
İngilis versiyası
Baku to host international conference on the "Application of the European Convention on Human Rights"
Rus versiyası
В Баку состоится международная конференция по применению Европейской Конвенции о защите прав человека