​Bahar Muradova: “Deputatımızın ATƏT PA-nın vitse-prezidenti seçilməsi Azərbaycan diplomatiyasının qələbəsidir”

​Bahar Muradova: “Deputatımızın ATƏT PA-nın vitse-prezidenti seçilməsi Azərbaycan diplomatiyasının qələbəsidir” "Azay Quliyev Azərbaycanı daha yüksək səviyyədə təmsil etməklə yanaşı ATƏT regionu və ölkəmiz üçün vacib qərarların qəbul edilməsinə nail olacaq”
Xarici siyasət
5 İyul , 2016 16:04
​Bahar Muradova: “Deputatımızın ATƏT PA-nın vitse-prezidenti seçilməsi Azərbaycan diplomatiyasının qələbəsidir”

Tbilisi. 5 iyul. REPORT.AZ/ "Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyevin ATƏT Parlament Assambleyasının vitse-prezidenti seçilməsi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasətin qələbəsidir".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. 

B.Muradova qeyd edib ki, bu həm də bütövlükdə Azərbaycan xalqının, parlamentinin və diplomatiyasının uğurudur: "Biz, uzun illərdir ki, beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT-lə sıx əməkdaşlıq edirik. Deputat həmkarımın belə bir yüksək posta seçilməsi həm də, bu əməkdaşlığın nəticəsidir".

O, A.Quliyevin ATƏT PA-nın vitse-prezidenti kimi səmərəli faliyyət göstərəcəyinə və Azərbaycan dövləti, xalqı üçün daha böyük uğurlar gətirəcəyinə əmin olduğunu vurğulayıb: “Azay Quliyev bundan əvvəl ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini olub. Həmin dövrlərdə də o, həm təşkilatın fəaliyyətinin səmərəliliyinin artmasında, həm Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə müdafiə olunmasında, həm də, problemlərimizin həllində mühim işlər görüb. İnanırıq ki, qazandığı təcrübə nəticəsində o, vitse-prezident kimi də, təşkilatda çox səmərəli fəaliyyət göstərəcək. Azərbaycanı daha yüksək səviyyədə təmsil etməklə yanaşı ATƏT regionu və ölkəmiz üçün vacib qərarların qəbul edilməsinə nail olacaq”.

Son xəbərlər

Orphus sistemi