Bahar Muradova: "Azərbaycana qarşı "qara piar"ın təşəbbüskarı erməni lobbisidir"

Bahar Muradova: "Azərbaycana qarşı "qara piar"ın təşəbbüskarı erməni lobbisidir" "Bəzi Qərb və beynəlxalq strukturlar tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası uğursuzluğa düçardır"
Xarici siyasət
5 May , 2015 16:20
Bahar Muradova: Azərbaycana qarşı qara piarın təşəbbüskarı erməni lobbisidir

Bakı. 5 may. REPORT.AZ/ "Bəzi Qərb və beynəlxalq strukturların Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası uğursuzluğa düçardır".

"Report" xəbər verir ki, bu barədə Milli Məclis sədrinin müavini Bahar Muradova "Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsindəki qanunvericiliyi" mövzusunda parlamentin Sosial siyasət komitəsinin dinləmələrində bildirib.

"Azərbaycana qarşı "qara piar"la məşğul olan beynəlxalq təşkilatlar erməni lobbisi tərəfindən maliyyələşdirilir. Azərbaycan özünə əmindir. Hətta onlar hamısı bizə qarşı birləşsə belə, bu onlara uğur gətirməyəcək", - B.Muradova qeyd edib.

O vurğulayıb ki, Azərbaycan bu gün Ermənistan istisna olmaqla bütün dövlətlərlə dost və səmərəli münasibətlər qurur. 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev vurğulayıb ki, bu gün Azərbaycanın ünvanına tənqidlə çıxış edən ölkələr gənclər siyasəti üzrə kifayət qədər qanunvericilik bazasına malik deyil və Azərbaycanda olduğu kimi, öz ölkələrində gənclərlə qarşılıqlı etimada əsaslanan münasibətlər qura bilməyib. 

"Müəyyən beynəlxalq strukturlar əsassız olaraq Azərbaycanı demokratiyanın olmamasında və gənclərə qarşı maneələrin törədilməsində ittiham edir. Bu ittihamların heç bir əsası yoxdur, çünki Azərbaycan həmişə gənclərin respublikadakı ictimai-siyasi proseslərdə fəal iştirakı üçün bütün şəraiti yaradıb", - İ.Babayev qeyd edib. 

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz çıxışında Qərb ölkələrinin Azərbaycana qarşı qərəzli münasibətindən narazılığını bildirib.

"Avropa İttifaqı müasir dünya problemləri ilə məşğul olmaq əvəzinə, Bakıda I Avropa Oyunlarının keçirilməsi ətrafında şou yaradır", - o vurğulayıb. 

O bunun bir sıra amillərdən irəli gəldiyini bildirib. "Hesab edirəm ki, bəziləri Azərbaycanın bu miqyasda idman tədbiri keçirə biləcəyinə görə paxıllıq edir. İkincisi, bədxahları Azərbaycanın inkişaf səviyyəsi qıcıqlandırır. Üçüncüsü, düşünürəm ki, bunun əsas təşəbbüskarı erməni lobbisidir. Dördüncüsü, Azərbaycana qara yaxmaq istəyən ölkələr istənilən bəhanə ilə müxtəlif ölkələrə təzyiq etməyə adət edib", - Hadi Rəcəbli deyib. 

Son xəbərlər

Orphus sistemi