Yuxarı

Bəlucistan parlamentinin sədri zəlzələdən zərər çəkmiş insanlara yardıma görə Mehriban Əliyevaya təşəkkür edib

Parlament sədri Azərbaycanın Pakistandakı səfirliyində olub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətinin parlament sədri Mir Can Camali və Pakistan Milli Assambleyasında Pakistan-Azərbaycan dostluq qrupunun üzvü Feysəl Kərim Kundi Azərbaycanın Pakistandakı səfirliyində olublar.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfirlikdə keçirilən görüşdə iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən söz açılıb, Dağlıq Qarabağ məsələsi daxil olmaqla bütün məsələlərdə Pakistanın Azərbaycana indiyə qədər verdiyi dəstəyə görə bu ölkə rəsmilərinə təşəkkür edilib.

Görüş zamanı, həmçinin Pakistan Senatının Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyən qətnamələrinin qəbul edilməsinə görə pakistanlı qonaqlara təşəkkür bildirilib.

Mir Can Camali 2012-ci ildə Azərbaycana etdiyi səfərini və Azərbaycanın prezidenti İlham Əliyev və digər rəsmilərlə görüşlərinin təəssüratlarını bölüşüb. F.K.Kundi isə cari ilin oktyabr ayında Beynəlxalq Humanitar forumda iştirak etdiyini xatırladıb.

Bəlucistan parlamentinin spikeri, Pakistanda, xüsusilə, Bəlucistanın zəlzələdən zərər çəkmiş ərazilərində həyata keçirilmiş humanitar aksiyalara görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz minnətdarlığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi