Görüşdə prezident Miloş Zeman Çexiya və Azərbaycan arasında mövcud əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Azərbaycanın Çexiyadakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib
Xarici siyasət
3 Sentyabr , 2014
10:41
https://static.report.az/photo/e0934665-c015-4e66-8eae-e4e4103f1298.jpg
Bakı. 3 sentyabr.REPORT.AZ/ Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin etimadnaməsini bu ölkənin prezidenti Miloş Zemana təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Report-a verilən məlumatına görə, mərasim əsnasında səfir Fərid Şəfiyevin prezident Miloş Zeman ilə görüşü olub.
İngilis versiyası
Azerbaijani Ambassador presents his credentials to the President of the Czech Republic