Azərbaycanın XİN başçısı AŞPA-nın növbəti sessiyasında iştirak etmək üçün Strasburqa gedib

Azərbaycanın XİN başçısı AŞPA-nın növbəti sessiyasında iştirak etmək üçün Strasburqa gedib Elmar Məmmədyarov AŞPA-nın növbəti sessiyasında çıxış edəcək
Xarici siyasət
1 Oktyabr , 2014 17:10
Azərbaycanın XİN başçısı AŞPA-nın növbəti sessiyasında iştirak etmək üçün Strasburqa gedib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) növbəti sessiyasında iştirak etmək məqsədilə Fransanın Strasburq şəhərinə yola düşüb. Azərbaycan XİN-dən "Report"a verilən məlumatına görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun AŞPA-nın növbəti sessiyasında iştirakı, sessiya zamanı Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi