Azərbaycanın prezidenti Tacikistana səfər edəcək

Azərbaycanın prezidenti Tacikistana səfər edəcək Danışıqların nəticələrinə görə ikitərəfli sənədlərin imzalanması gözlənilir
Xarici siyasət
14 Oktyabr , 2014 10:44
Azərbaycanın prezidenti Tacikistana səfər edəcək
Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın prezidenti İlham Əliyev oktyabr ayının 15-16-da Tacikistana rəsmi səfər edəcək. Bu barədə "Report" Tacikistanın Xarici İşlər Nazirliyinin  məlumatına istinadən xəbər verir. 

Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində İ.Əliyevin Tacikistanın prezidenti Emoməli Rəhmonla görüşü nəzərdə tutulub. 

"Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər" - deyə, XİN-in məlumatında deyilir. Danışıqların nəticələrinə görə ikitərəfli sənədlərin imzalanması gözlənilir. 

"İki ölkə arasında qəbul edilən sənədlər Azərbaycan və Tacikistanın ikitərəfli əməkdaşlığının gələcəkdə möhkəmləndirilməsi üçün hüquqi bazanı təmin edir" - deyən, XİN-dən bildirilib. 

Düşənbədə İ.Əliyevin qarşıdakı səfərinin ikitərəfli səmərəli əməkdaşlığın inkişafına yeni impuls gətirəcəyinə əmin olduqlarını bildiriblər. "Ümumilikdə, Azərbaycan-Tacikistan münasibətlərinin inkişaf dinamikası göstərir ki, tərəflər qarşılıqlı səmərəli ticari-iqtisadi və humanitar əlaqələrin dərinləşdirilməsində və siyasi əlaqələrin gücləndirilməsində maraqlıdırlar"  -  deyə, Tacikistan XİN məlumatında vurğulanıb.

Son xəbərlər

Orphus sistemi