Azərbaycanla Litva arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanla Litva arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub Səfir Həsən Məmmədzadə bu ölkənin müdafiə naziri Yozas Olekas ilə görüşüb
Xarici siyasət
3 Oktyabr , 2014 16:05
Azərbaycanla Litva arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin müdafiə naziri Yozas Olekas ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Report-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri və hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.

H.Məmmədzadə müdafiə nazirinə regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Səfir Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordunun güclənməsi və peşəkarlığın artırılmasına xüsusi önəm verilirdiyini bildirərək, Y.Olekasa Azərbaycanda son dövrlərdə Silahlı Qüvvələr sistemində aparılan islahatlardan danışıb.

Son xəbərlər

Orphus sistemi