Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb Nazir Elmar Məmmədyarov Avropa İnsan hüquqları məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Xarici siyasət
25 Oktyabr , 2014 14:56
Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa İnsan hüquqları məhkəməsinin sədri Dan Şpilmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda konfransın əhəmiyyəti qeyd olunub və Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi