​Azərbaycan və İran gömrük sahəsində əlaqələri gücləndirir

​Azərbaycan və İran gömrük sahəsində əlaqələri gücləndirir Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri İran Gömrük İdarəsinin başçısını qəbul edib
Xarici siyasət
30 Sentyabr , 2014 17:13
​Azərbaycan və İran gömrük sahəsində əlaqələri gücləndirir
Bakı. 30 sentyabr.REPORT.AZ/ Azərbaycan ilə İran arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlıq daha da gücləndirilməlidir. Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bunu DGK sədri Aydın Əliyev İranın iqtisadiyyat və maliyyə işləri nazirinin müavini, Gömrük İdarəsinin başçısı Məsud Karbasianın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşündə bildirib.

İki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən DGK sədri bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sahəsində qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. “Bununla kifayətlənməməli, səylərimizi daha da gücləndirməliyik”, - deyə vurğulayan A.Əliyev iranlı həmkarının rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu qeyd edib.

Qeyd edək ki, görüşdə Azərbaycan-İran əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi