Azərbaycan prezidenti Əfqanıstan prezidentinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti Əfqanıstan prezidentinə təbrik məktubu göndərib “Əfqanıstan İslam Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm”
Xarici siyasət
1 Oktyabr , 2014 09:02
Azərbaycan prezidenti Əfqanıstan prezidentinə təbrik məktubu göndərib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidentini ölkə prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. “Report”un xəbərinə görə, prezidentin təbrik məktubunda deyilir:

“Əfqanıstan İslam Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Əfqanıstan əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əfqanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Son xəbərlər

Orphus sistemi