Azərbaycan prezidenti İran ali rəhbərinə məktub yazıb

Azərbaycan prezidenti İran ali rəhbərinə məktub yazıb Ayətullah Seyid Əli Xameneyi sentyabrın 8-də Tehran Dövlət Xəstəxanasında əməliyyat edilib
Xarici siyasət
12 Sentyabr , 2014 10:24
Azərbaycan prezidenti İran ali rəhbərinə məktub yazıb
Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xameneyiyə məktub yazıb. Report-un xəbərinə görə, məktub İran ali rəhbərinin əməliyyat edilməsi ilə bağlı olub. “Sizə səmimi salamlarımı yetirməkdən məmnunam. Üzərinizdə aparılmış cərrahiyyə əməliyyatının uğurla həyata keçməsi məni çox sevindirdi. Əməliyyatdan sonra tezliklə sağalmağınızı diləyirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram” - deyə, məktubda bildirilib.

Qeyd edək ki, ayətullah Seyid Əli Xameneyi sentyabrın 8-də Tehran Dövlət Xəstəxanasında əməliyyat edilib. 

Son xəbərlər

Orphus sistemi