Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti Həsən Ruhani arasında görüş olub

Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti Həsən Ruhani arasında görüş olub Görüşdə siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
29 Sentyabr , 2014 15:39
Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti Həsən Ruhani arasında görüş olub
Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Həştərxanda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü olub. “Report”un xəbərinə görə, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib. Görüşdə həmçinin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi