Azərbaycan Milli Məclisinin Komitə sədri beynəlxalq seminarda iştirak edəcək

Azərbaycan Milli Məclisinin Komitə sədri beynəlxalq seminarda iştirak edəcək Deputat müzakirə olunan məsələyə dair çıxış edəcək
Xarici siyasət
29 Oktyabr , 2014 16:08
Azərbaycan Milli Məclisinin Komitə sədri beynəlxalq seminarda iştirak edəcək

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan  Milli Məclisinin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə dair beynəlxalq seminarda iştirak etmək üçün oktyabrın 30-dan noyabrın 1-dək Madriddə səfərdə olacaq.

Bu barədə "Report"a MM-in mətbuat xidmətindən bildirilib.

Tədbirdə “Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsində milli parlamentlərin rolu” mövzusunda fikir mübadiləsi aparılacaq, rəy və təkliflər bildiriləcək.

Deputat müzakirə olunan məsələyə dair çıxış edəcək, avropalı parlamentarilərlə fikirlərini bölüşəcək.

Son xəbərlər

Orphus sistemi