"Azərkosmos" ASC-nin nümayəndə heyəti Əddis-Əbəbədə səfərdə olub

"Azərkosmos" ASC-nin nümayəndə heyəti Əddis-Əbəbədə səfərdə olub Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan ilə Afrika ölkələri arasında informasiya və kommunikasiya, xüsusilə kosmik sahədə əməkdaşlığı inkişaf etdirmək, Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitəsinin II iclasında iştirak etmək məqsədilə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Efiopiyaya səfər edib. 
Xarici siyasət
27 Noyabr , 2017 22:13
Azərkosmos ASC-nin nümayəndə heyəti Əddis-Əbəbədə səfərdə olub

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan ilə Afrika ölkələri arasında informasiya və kommunikasiya, xüsusilə kosmik sahədə əməkdaşlığı inkişaf etdirmək, Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitəsinin II iclasında iştirak etmək məqsədilə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Efiopiyaya səfər edib. 

ASC-dən "Report"a verilən məlumata görə, səfər Azərbaycanla Afrika İttifaqı Komissiyası arasında olan birgə tərəfdaşlıq çərçivəsində həyata keçirilib və “Azərkosmos” tədbirə rəsmi tərəfdaş kimi dəvət olunub.

Tədbir zamanı Afrika İttifaqının mənzil qərargahında “Azərkosmos” ASC-nin stendi qurulub və afrikalı qonaqlar stendlə yaxından tanış olublar.

“Azərkosmos” ASC-nin sədri Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitənin II iclası zamanı Afrika İttifaqı Komisssiyasının İnfrastruktur və Enerji üzrə Kommissarı xanım Amani Abu-Zeyd, Konqo Demokratik Respublikasının poçt, telekommunikasiya, yeni informasiya texnologiyaları naziri Emery Okundji Ndjovu, Sudan Respublikasının kommunikasiya və informasiya texnologiyaları naziri xanım Tahani Abdalla Attia, Efiopiya Federativ Demokratik Respublikasının elm və texnologiyalar üzrə dövlət naziri Şumeta Gizav, Efiopiyanın kommunikasiya və informasiya texnologiyaları üzrə dövlət naziri Getaço Neqaş Tekla, Qana Respublikasının kommunikasiya nazirinin müavini George Andah, Cənubi Afrika Respublikasının telekommunikasiya və poçt xidmətləri departamentinin baş direktoru Robert Nkuna və Efiopiyanın rabitə və telekommunikasiya şirkəti “Ethiotelecom”un baş direktoru Andualem Admassi ilə görüşüb.

Görüşlər zamanı “Azerspace-1” və “Azerspace-2” peykləri haqqında ətraflı məlumatlar verilib, bu telekommunikasiya peyklərinin Afrika qitəsini əhatə etməklə, regionda yüksək keyfiyyətli peyk xidmətlərini, ən ucqar ərazilərdə belə internetdən istifadə imkanlarının təklif edilə biləcəyi qeyd olunub.

Tədbir çərçivəsində “Azərkosmos” ASC-nin nümayəndəsi Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitənin Ekspertlər sessiyası zamanı təqdimatla çıxış edərək, Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurları, o cümlədən “Azərkosmos” ASC tərəfindən təqdim edilən xidmətlər və mövcud imkanlar haqqında məlumat verib və “Azərkosmos” ASC-nin bu sahədə Afrika ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Afrika ölkələrinin Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirlərinin təsdiqlədiyi “Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitənin II iclası”nın yekun hesabat sənədində “Azərkosmos” ASC ilə tərəfdaşlıq yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi