Azərbaycanlılar Ankarada Novruz bayramı münasibətilə tədbir keçirib

Azərbaycanlılar Ankarada Novruz bayramı münasibətilə tədbir keçirib Tədbirdə Azərbaycan tələbələri tərəfindən hazırlanmış musiqi proqramı nümayiş etdirilib
Xarici siyasət
19 Mart , 2015 11:04
Azərbaycanlılar Ankarada Novruz bayramı münasibətilə tədbir keçirib

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan xalqının qədim milli bayramı olan Novruz Bayramı münasibətilə çox sayda diaspor nümayəndəmiz, elm və incəsənət xadimləri, Ankarada təhsil alan tələbələrimiz, müxtəlif ictimai birliklərin təmsilçiləri və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşlarının iştirakı ilə tədbir təşkil olunub.

Bu barədə “Report”a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Tədbir zamanı səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova səfir Faiq Bağırov adından çıxış edərək, Novruz bayramının mahiyyəti, tarixi və türkdilli xalqlarının yaxınlaşmasına verdiyi töhfələrdən söz açıb. Daha sonra Qazi Universiteti magistr tələbəsi Söhrab İsmayılov, Türkiyənin Mermur-sen Konfederasiyasının rəhbəri Ahmet Gündoğdu və diaspor adından Professor Həmdulla Mehrabov çıxış edib.

Tədbirdə Azərbaycan tələbələri tərəfindən hazırlanmış musiqi proqramı nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi