Yuxarı

Azərbaycanlı veteranlar Moskvada keçiriləcək yubiley Qələbə Paradında iştirak edəcək

Azərbaycanlı veteranlar nazirlik və ya respublika səviyyəsində keçiriləcək müxtəlif tədbirlərdə fəal iştirak edir

Bakı. 16 aprel. REPORT.AZ/ Bir qrup azərbaycanlı veteran Moskvada mayın 9-da Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr olunan Paradda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev bildirib. 

"Hazırda azərbaycanlı veteranlar nazirlik və ya respublika səviyyəsində keçiriləcək müxtəlif tədbirlərdə fəal iştirak edirlər. Bundan başqa, onlar MDB ölkələrində keçirilən tədbirlərdə də iştirak edir", - D.Rzayev qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 1 342 Böyük Vətən Müharibəsi veteranı yaşayır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi