Azərbaycanlı tələbələr Tbilisidə Türkiyəyə dəstək aksiyası keçiriblər

Azərbaycanlı tələbələr Tbilisidə Türkiyəyə dəstək aksiyası keçiriblər Tələbələr bütün demokratik qüvvələri və dövlətlari terrorla mübarizədə Türkiyəyə dəstək olmağa çağırıblar
Xarici siyasət
29 Yanvar , 2018 12:40
Azərbaycanlı tələbələr Tbilisidə Türkiyəyə dəstək aksiyası keçiriblər
Report

Tbilisi. 29 yanvar. REPORT.AZ/ Bu gün bir qrup azərbaycanlı tələbə Türkiyənin Tbilisidəki səfirliyi qarşısında aksiya keçirib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr Türkiyəyə dəstək şüarları səsləndiriblər.

Əllərində Azərbaycan və Türkiyənin bayraqlırını tutmuş tələbələr Türkiyənin Suriya ilə sərhəddəki Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" adlı antiterror əməliyyatlarını dəstəklədiklərini, hər zaman qardaş türk xalqı ilə həmrəy olduqlarını bildiriblər. Aksiyada "Türk türkə dayaqdır, türk daim oyaqdır", "Şəhidlər ölmürlər", "Biz bir millət, iki dövlətik" və başqa şüarlar səsləndirilib. Tələbələr bütün demokratik qüvvələri və dövlətlari terrorla mübarizədə Türkiyəyə dəstək olmağa çağırıblar.

Aksiya dinc keçib və heç bir qarşıdurma qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi