Azərbaycanlı idmançının cənazəsi Livandan Azərbaycana yola salınıb

Azərbaycanlı idmançının cənazəsi Livandan Azərbaycana yola salınıb Xəzər Əliyev Beyrutda yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib
Xarici siyasət
8 Sentyabr , 2017 18:54
Azərbaycanlı idmançının cənazəsi Livandan Azərbaycana yola salınıb
Report.az

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan vətəndaşı Xəzər İntiqam oğlu Əliyevin cənazəsi sentyabrın 8-də "Türk Hava Yolları"nın Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikasının Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Məlahət Həsənova müşayiət edir. 

Qeyd edək ki, azərbaycanlı idmançı avqustun 28-də Livanın paytaxtı Beyrutda yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.  

Son xəbərlər

Orphus sistemi