Azərbaycanlı diplomatlar Riqada keçirilən Milad xeyriyyə yarmarkasında iştirak ediblər - FOTO

Azərbaycanlı diplomatlar Riqada keçirilən Milad xeyriyyə yarmarkasında iştirak ediblər - FOTO Səfirliyin dəstəyi ilə Azərbaycan pavilyonu hazırlanıb
Xarici siyasət
6 Dekabr , 2015 15:42
Azərbaycanlı diplomatlar Riqada keçirilən Milad xeyriyyə yarmarkasında iştirak ediblər - FOTO

Bakı. 6 dekabr. REPORT.AZ/ Latviyanın paytaxtı Riqa şəhərinin Dumasının binasında Beynəlxalq Qadınlar Klubunun və Latviyada akkreditə olunmuş səfirliklərin dəstəyi ilə 19-cu Milad xeyriyyə yarmarkası keçirilib.

Azərbaycanın Latviyadakı səfirliyindən “Report”a verilən məlumata görə, xeyriyyə yarmarkasının açılış mərasimində Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, habelə səfirliyin əməkdaşları iştirak ediblər.

Səfirliyin dəstəyi ilə hazırlanan Azərbaycan pavilyonunda “Azərbaycan” və “Abşeron” restoranlarından milli yeməklər, suvenirlər, kitablar, ölkəmiz haqqında bukletlər nümayiş etdirilib.

Latviya prezidenti Raymonds Veyonis ailə üzvlərinin müşayiəti ilə Azərbaycan pavilyonuna gəlib. Səfirliyin müşaviri Gəray Muradov Latviya prezidentinə nümayiş etdirilən məhsullar haqqında məlumat verib. R.Veyonis Azərbaycan dolmasının, qutabının və şərbətinin dadına baxıb. Prezident Azərbaycan stendinin fonunda şəkil çəkdirib, qonaqpərvərliyə və xeyriyyə yarmarkasında iştirakına görə Azərbaycan səfirliyinə təşəkkür edib.

Azərbaycan pavilyonuna gələn qonaqların sırasında Latviyanın görkəmli siyasi və ictimai xadimləri, KİV nümayəndələri olublar.

Azərbaycan səfirliyi hər il olduğu kimi, bu il də ümumi xeyriyyə tədbirinə nəzərəçarpacaq dərəcədə töhfə verib. Satışdan əldə edilən vəsait onlarla xeyriyyə təşkilatlarına paylanılacaq.

Son xəbərlər

Orphus sistemi