Yuxarı

Azərbaycanlı deputat AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi təyin edilib

Sessiyada AŞPA-dakı Rusiya nümayəndə heyətinin dondurulmuş mandatına yenidən baxılması məsələsi də müzakirə olunacaq

Bakı. 22 aprel. REPORT.AZ/ Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində bu gün Azərbaycanı qurumda təmsil edən deputatlardan Sevinc Fətəliyeva AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi təyin edilib. Bu barədə "Report"a deputatın özü məlumat verib.

Xatırladaq ki, aprelin 20-dən 24-dək davam edəcək sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.

Sessiyada Ukraynadakı vəziyyət, İŞİD terrorçu qrupunun fəaliyyətinin nəticələri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin dondurulmuş mandatına yenidən baxılması, Monako ilə monitorinq sonrası dialoq, Avropa İnsan Haqları Konvensiyasının səmərəliliyi və digər mövzularda fikir mübadiləsi aparılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi