Yuxarı

Spiker Oqtay Əsədov: "Azərbaycanla Yunanıstan arasında əməkdaşlıq möhkəm hüquqi baza üzərində qurulub"

Milli Məclisin sədri Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Bakı. 3 fevral. REPORT.AZ/ Milli Məclisin (MM) sədri Oqtay Əsədov bu gün Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report"un xəbərinə görə, görüşdə Oqtay Əsədov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verdiyini söyləyib. 

Milli Məclisin sədri iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb. 

Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlığın möhkəm hüquqi baza üzərində qurulduğunu və inkişafda olduğunu deyən Oqtay Əsədov bu bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb. 

Spiker həmçinin Azərbaycanın enerji layihələri barədə də qonaqlara məlumat verib.

Nikos Kotzias Azərbaycana səfərindən məmnunluğunu bildirərək keçirilən görüşlərin əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını söyləyib. Nazir ölkələr arasındakı ikitərəfli münasibətlərin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb, qarşılıqlı səfərlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi