Yuxarı

​Azərbaycanla Ukrayna arasında siyasi məsləhətləşmələr keçiriləcək

Elmar Məmmədyarov Ukrayna xarici işlər nazirinin birinci müavini ilə görüşüb

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan Ukrayna xarici işlər nazirinin birinci müavini Natalia Qalibarenkonu qəbul edib. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkanların olduğu vurğulanıb.

Bu günlərdə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun qlobal və regional məsələlərin müzakirəsi baxımdan vacib platforma rolu oynadığı diqqətə çatdırılıb.

Azərbaycan ilə Ukrayna arasında ikitərəfli və çoxtərəfli əsasda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın olduğu qeyd edilib.

Elmar Məmmədyarov Azərbaycanın öz xarici siyasətində bütün dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipindən çıxış etdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin birinci müavini Natalia Qalibarenkonunun Azərbycana səfəri çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi