Avropa Parlamentinin üzvü: “Azərbaycanla sıx münasibətlərimizi qoruyub saxlamalıyıq”

Avropa Parlamentinin üzvü: “Azərbaycanla sıx münasibətlərimizi qoruyub saxlamalıyıq” "Biz bir-birimizə qununlarımıza uyğun şəkildə müvafiq təlimatlar verə bilərik"
Xarici siyasət
17 Yanvar , 2019 17:25
Avropa Parlamentinin üzvü: “Azərbaycanla sıx münasibətlərimizi qoruyub saxlamalıyıq”

Paris. 17 yanvar. REPORT.AZ/ “Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı hörmət və bərabərlik əsasında qurulmuş sıx münasibətlərimizi qoruyub saxlaya bilmək çox vacibdir”.

Bunu “Report“un Qərbi Avropa bürosuna açıqlamasında Avropa İttifaqı - Ermənistan, Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsi və Avropa İttifaqı - Gürcüstan Parlamentlərarası Assosiasiya Komitəsinin nümayəndə heyətinin rəhbəri Kərim Səccad Avropa Parlamentində Azərbaycana qarşı baş tutan müzakirələrə münasibət bildirərkən deyib.

"Əlbəttə ki, biz bir-birimizə qununlarımıza uyğun şəkildə müvafiq təlimatlar verə bilərik. Mən ümid edirəm ki, qarşılıqlı öhdəlikləri həyata keçirməklə müsbət tərəqqiyə aparan bütün imkanlardan istifadə edəcəyik. Biz birlikdə tez bir zamanda bütün vətəndaşlarımıza yüksək fayda gətirə biləcək əməkdaşlığımızın yeni mərhələsinə qədəm qoyacağıq”, - deyə avroparlamentari vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi