Azərbaycanla Pakistan arasında korrupsiyaya qarşı mübarizədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Pakistan arasında korrupsiyaya qarşı mübarizədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib Qarşılıqlı təcrübənin öyrənilməsi barədə geniş fikir mübadiləsi aparılıb
Xarici siyasət
6 İyun , 2017 16:53
Azərbaycanla Pakistan arasında korrupsiyaya qarşı mübarizədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı. 6 iyun. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının Bakı şəhərində keçirilən 3-cü iclası çərçivəsində Baş prokuror Zakir Qaralov Pakistan İslam Respublikasının Milli Hesabatlılıq Bürosunun rəisi Zahir Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Baş prokuror qonaqlara ölkədə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Resublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktları, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan əsaslı islahatlar, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbirin uğurlu açılışı və Azərbaycanın iclasa sədrliyi münasibətilə öz təbriklərini bildirən qonaq Pakistanla Azərbaycanın bütün sahələrdə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanın haqq səsinin bütün beynəlxalq tədbirlərdə daim Pakistan tərəfindən dəstəkləndiyini qeyd edib.

Görüşdə iki ölkənin hüquq mühafizə orqanları arasında işgüzar əlaqələrin daha da genişlənməsi, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı təcrübənin öyrənilməsi barədə geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi