Moskva. 13 fevral. REPORT.AZ/ Moskvada Rusiya Dövlət Dumasında “Multikultural dialoqun əsasını təşkil edən Rusiya və Azərbaycan arasında mədəni körpülər” adlı dəyirmi masa keçirilib.
“Report”un Moskva bürosunun məlumatına görə, tədbirin təşkilatçısı qismində çıxış edən Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə komitəsinin sədri Leonid Kalaşnikov Azərbaycan və Rusiya arasında olan münasibətlərin inkişafından danışıb.
O qeyd edib ki, Azərbaycan və Rusiya arasında münasibətlər inkişaf edir: “Açılan körpü hər iki ölkənin iqtisadiyyatının inkişafına təkan verməklə yanaşı, ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Azərbaycan parlamentində
Çıxış edən Dumanın Rusiya-Azərbaycan parlamentlərarası İşçi Qrupunun rəhbəri Dmitri Savelyev isə Azərbaycanda olan multikulturalizmə diqqət yetirərək qeyd edib ki,
Dmitri Savelyevin fikrincə, Rusiya-Azərbaycan ortaq informasiya-mədəniyyət məkanının inkişaf perspektivlərinin müəyyən edilməsi məqsədilə cari vəziyyət çox ciddi təhlil edilməlidir.
Azərbaycanın Rusiyadakı səfiri
Azərbaycan Milli Məclisinin Rusiya ilə parlamentlərarası İşçi Qrupunun rəhbəri Əli Hüseynili isə çıxışında iki ölkə arasında münasibətlərin inkişafından danışaraq burada diasporun rolunu da vurğulayıb. O qeyd edib ki, iki ölkənin hərtərəfli inkişafında, xalq diplomatiyasının qurulmasında diasporun rolu danılmazdır.
Ə.Hüseynli vurğulayıb ki, həm Azərbaycanın, həm Rusiyanın parlament rəhbərləri ikitərəfli münasibətlərə xüsusi qiymət verir: “Biz deputatlar isə Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafına təkan verməli və bu istiqamətdə işləməliyik. Nəzərinizə çatdırmaq istərdim ki, son illər biz buna nail oluruq”.
Multikultural dialoqun möhkəmlənməsi və strateji tərəfdaşlar arasında xalq diplomatiyasının inkişafı ilə bağlı aktual məsələlərin müzakirə olunması üçün Rusiya və Azərbaycanın mədəniyyət nazirliklərinin, Azərbaycanın Moskvadakı səfirliyinin, Heydər Əliyev Fondunun nümayəndələri, habelə Yazıçılar İttifaqının, Bəstəkarlar İttifaqının, Teatr Xadimləri İttifaqının üzvləri, Rusiyanın və Azərbaycanın aparıcı ali məktəblərinin əməkdaşları, hər iki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri dəyirmi masada iştiraki edirlər.
Tədbir çıxışlarla davam edib.
İqbal Rüstəmov






