Azərbaycanla Meksika arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Meksika arasında əməkdaşlıq məsələləri müzakirə olunub Diasporla İş Dövlət Komitəsinin sədri Fuad Muradov Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə görüşüb.
Xarici siyasət
7 Oktyabr , 2021 18:32
Azərbaycanla Meksika arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Rodriqo Labardini
0 : 00
0 : 00

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə görüşüb.

“Report” xəbər verir ki, səfirlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə ikitərəfli əlaqələrin hüquqi bazasını təkmilləşdirmək istiqamətində görülən işlər müzakirə olunub.

Bundan əlavə, komitə sədri keçirdikləri son tədbirlər, xarici ölkələrlə əməkdaşlığın genişlənməsinə dair atılan addımlar barədə məlumat verib. Səfir isə iki ölkə arasında ayrı-ayrı qurumlar səviyyəsində əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikirlərini bölüşüb.

Son xəbərlər

Orphus sistemi