Bakı. 29 aprel. REPORT.AZ/ Xarici işlər naziri
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Liviya xalqları arasında ənənəvi dostluq əlaqələri və iki ölkə arasında siyasi, iqtisadi və enerji kimi sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğu qeyd olunub.
Elmar Məmmədyarov Azərbaycanın Liviyada tezliklə sülh və sabitliyin bərqərar olmasını arzuladığınıı diqqətə çatdırıb. O, İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Məhəmməd əl-Dairi Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək, III Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib.
O, Azərbaycanın təcrübəsinin daha yaxından öyrənilməsinin vacibliyini qeyd edərək, ölkədə həyata keçirilən iqtisadi, sosial, infrastruktur və digər layihələrin xalqın həyat şəraitini daha da yaxşılaşmasına xidmət etdiyini bildirib. Azərbaycanın neft tədrisi sahəsində zəngin təcrübəsinin Liviya üçün maraqlı olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.