​Azərbaycanla Koreyanın iki şəhəri qardaşlaşacaq

​Azərbaycanla Koreyanın iki şəhəri qardaşlaşacaq Gyoncu şəhəri ilə Qəbələ şəhəri qardaşlaşır
Xarici siyasət
29 May , 2015 17:48
​Azərbaycanla Koreyanın iki şəhəri qardaşlaşacaq

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanla Koreya Respublikasının iki şəhəri qardaşlaşacaq. “Report”un xəbərinə görə, bunu Bərdə rayonunda səfərdə olan Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn jurnalistlərə açıqlamasında bildirib.

Səfir deyib ki, Koreyanın ən böyük turizm şəhəri olan Gyoncu şəhəri ilə Azərbaycanın Qəbələ şəhəri, Bərdə ilə hələlik adı tam dəqiqləşməyən Koreya Respublikasının tarixi baxımdan qədim olan şəhərlərindən biri qardaşlaşacaq: “Bunun üçün Azərbaycanın Koreyadakı səfiri lazımi işləri aparır”.

Səfirin sözlərinə görə, Bərdə ilə qardaşlaşma məsələsi bu gün Bərdə Rayon İcra Hakimiyyətinin başcısı Vidadi İsayevlə baş tutan görüşdə də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi