Yuxarı

Azərbaycanla İran arasında bir sıra sazişlər təsdiqlənib

Sənədlər 2016-cı il fevralın 23-də Tehranda imzalanmışdı

Bakı. 11 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Çərçivə Sazişini təsdiq edib.

"Report"un məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi də təsdiqlənib.

Qeyd edək ki, hər iki sənəd 2016-cı il fevralın 23-də İranın paytaxtı Tehran şəhərində imzalanmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi